Haqqımızda
Gilhar MMC yüksək standartlara uyğun olaraq, Azərbaycan, Türkiyə və Polşada Tikinti, Elektrik, Sənaye su filtrlərinin quraşdırılması, GSM sahələrində yüzlərlə layihə həyata keçirmiş, uzunmüddətli təcrübəyə malik yerli və xarici işçilərə malikdir. Bu işlərə daxildir: Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar üçün qüllələr və antena dirəklərinin inşası, radio rabitə avadanlıqlarının quraşdırılması, fərdi yaşayış və qeyri-yaşayış obyektlərinin və binaların tikintisi, təmiri və elektrik təchizatı, sənaye su filtrlərinin quraşdırılması, elektrik təchizatı səyyar baza stansiyaları, yerüstü keçidlər, otellər və istirahət zonaları, futbol, basketbol meydançalarının tikintisi, habelə özəl villa və binaların inşası.